divar kollektoru

ру настенный коллектор en wall collector de Wandkollektor fr collecteur mural es colector mural it collettore murale
dişli çarx nasosu
diyircəkli kollektor
OBASTAN VİKİ
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Cəfərxan kollektoru
Cəfərxan kollektoru – 1950-ci ildə istismara verilmişdir, sərfi saniyədə 3 kub m, uzunluğu 22 km, təsir zonasında ərazinin sahəsi 8 min hektar; Muğan-Salyan sutullayıcı ərazisində 1950-1954-cü illərdə hazırlanmış və Muğan düzündə tikilmiş əsas təsərrüfatlararası kollektorlarından biridir.
Divar (1991)
== Məzmun == Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir. Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir. Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir. == Film haqqında == Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Divar hanası
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Divar kağızı
Divar kağızı — evlər və binalar daxilində divarları əhatə etmək üçün istifadə olunan kağız. Divar kağızı boyamaq yerinə binaların daxilini bəzəmək üçün istifadə olunur. "Divar kağızı" həmçinin kompüter monitorunnda rəsm üçün bir söz.
Divar kərtənkələsi
Divar kərtənkələsi (lat. Podarcis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Divar kərtənkələləri bir növ Lacerta bənzəyirlər. Hətta sklet quruluşu və pulcuqların düzülüşü eynidir. == Yayılması == Divar kərtənkələləri əsasən Aralıq dənizi hövzəsi ərazilərində:Cənubi Avropa, Şimali Afrika və Kiçik Asiya ərazilərində rast gəlinir.
Dördüncü divar
Dördüncü divar — ilk vaxtlar teatrda, daha sonra isə film, komikslər, video oyunlar kimi digər incəsənət sahələrində də istifadə olunan termin. == İzahı == Dördüncü divar — aktyorlarla tamaşaçılar arasında ənənəvi üçdivarlı teatrlarda olan xəyali divardır. Termin Deni Didro tərəfindən 18-ci əsrdə düşünülsə də, yalnız 19-cu əsrdə istifadə olunmağa başlanmışdır. Səhnədən və ya ekrandan birbaşa tamaşaçıya müraciət edən aktyorun hərəkəti dördüncü divarı dağıtmaq adlanır. Bu fənd əsasən komediyalarda və cizgi filmlərində geniş yayılsa da, bəzən ciddi, dramatik əsərlərdə də buna rast gəlmək olur. Dördüncü divarın dağıdılması tamaşaçılara əsərdə təsvir olunan hadisələrə daha dərindən dalmaq imkanı yaradır.
Divar (dəqiqləşdirmə)
Divar - müdafiə divarı
Divar (hörgü)
Divar və ya hörgü təbii və ya süni tikinti materiallarının üst-üstə yığılması nəticəsində əldə edilən konstruksiyadır. Divarların hissələri hər hansısa bir bağlayıcı maddədən istifadə edilərək bir-biri ilə birləşdirildiyi kimi, hissələrin birbaşa üst-üstə yığılması yolu ilə də birləşdirilə bilər. Təbii tikinti materialları kimi əhəngdaşı və silisium daşlarından istifadə edilir. Bunların üstü emal edilmədən (işlənmədən) kobud qalaraq və ya emal edildikdən sonra istifadə edilə bilər. Çox yüksək dayanıqlığın tələb olunmadığı hallarda, çay yataqlarından yığılmış daşlardan da istifadə oluna bilər. Daha davamlı konstruksiyaların tikintisi üçün isə daş karxanalardakı daşlardan istifadə edilir və onlar xüsusi olaraq emal edilir. Süni divar materiallarına misal olaraq isə; adobe briketlər, kərpiclər, məsaməli beton, şüşəli qüllə, taxta, alçiban və beton panellər göstərilə bilər. Divar tikintisində istifadə olunan materiallar regiondan regiona fərqli olduğu kimi, divarların tikilmə üsulu da bir-birlərindən fərqlidir. Divarlar hörmə, yığma, düzmə və ya yapışdırma üsullarından istifadə edilməklə tikilə bilər.
Baş Şirvan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası ərazisində çəkilmiş kollektor-drenaj sistemi. Mil, Şirvan və Qarabağ düzlərindən keçir. 1964-cı ildə istismara verilmişdir. Şirvan düzünün Ağdaş rayonu ərazisindən başlayır və Kür çayının sol sahili boyunca suvarılan ərazilərin drenaj sularını Xəzər dənizinə tökür. Uzunluğu 216 km-dir. Suburaxma qabiliyyəti 44 m³/san, orta su sərfiyyatı 18 m³/san təşkil edir. Uzunluğu 150 km olan Mil-Qarabağ və uzunluğu 70 km olan Aşağı Şirvan kollektorları ilə birləşir. Ümumilikdə 174600 ha ərazinin vəziyyətini yaxşılaşdırır.
Baş Mil-Muğan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası Mil-Muğan düzündən çəkilmiş kollektor-drenaj sistemi. Tikintisinə 1984-cü ildə başlanılmışdır. Layihə üzrə uzunluğu qolları ilə birlikdə 185,89 km olmalı idi. 1994-cü ildə uzunluğu 59 km olan birinci hissə (Sabirabad və Saatlı rayonları), 2000-ci ildə isə 52,7 km olan ikinci hissə istifadəyə verilmişdir. Suburaxma qabiliyyəti 107 m³/san təşkil edir. Drenaj sularını Xəzər dənizinə çatdırır. Azərbaycanda ilk dəfə olaraq üzərində mürəkkəb konstruksiyalı balıqqoruyucuqurğu inşa edilmişdir.
Divar (film, 1991)
== Məzmun == Psixoloji-fəlsəfi mövzuda olan bu kino əsərində belə bir fikir irəli sürülür: insan qarşısına çıxan sədləri, divarları aradan götürmək üçün mübarizə aparmalıdır. Əks təqdirdə bu sədlər, bu divarlar insanı sıxacaq, qəddini əyəcək, onu məhv edəcəkdir. Filmin qəhrəmanı 40-45 yaşlı subay bir kişidir (Tofiq Qarayev). Onun sevdiyi Nazlı (Laləzar Mustafayeva) dul qadındır. Qadının bir oğlu da vardır. Bu uşaq anasının özgə kişiyə ərə getməsinə heç cür razı ola bilmir. Müəlliflərin fikrincə, uşaq bu iki şəxsin arasında divardır. Bəs nə etməli? Qəhrəman bu suala cavab tapa bilmir. == Film haqqında == Film Ramiz Məlikovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Qoruyucu divar (kompüter)
Qoruyucu divar (ing. Firewall) — icazəsiz girişi bloklamaq üçün yaradılıb və yalnız icazəsi olanlara girişi təmin edir. Bu qurğu və ya qurğular sistemi girişə icazəni qaydalar və müxtəlif kriteriyalara əsasən verir. Firewall-un iki əsas növü var: - Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı (Stateful Inspection Firewall) - Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı (Application Layer Firewall) Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı – məlumatı göndərildiyi yerdən daxil olacağı yerə qədər izləyir. Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı isə yalnız daxil olan və çıxan məlumatın başlıq hissələrini yoxlayır və tətbiqetmə səviyyəsindəki protokolları məhdudlaşdıraraq təhlükəsizliyi təmin edir. Məsələn, HTTP protokolu vasitəsilə hər hansı bir Veb sayta girişin qadağan olunması. Bu iki növdən ən çox inkişaf edən və ən çox istifadə olunanı birincisidir. Ona görə ki, daha böyük şəbəkələrin, İnternet və daxili şəbəkədəki trafiklərinə nəzarət edir. “Firewall nə üçün lazımdır?” sualına gəldikdə isə bunu qeyd etmək lazımdır ki, sizin kompüteriniz yalnız virus hücumlarına deyil, sizin şəxsi məlumatlarınızı ələ keçirə biləcək hücumlara da məruz qalırlar. Məhz bu hallarda Firewall-dan istifadə olunur.
Divar (Qısa hekayələr toplusu)
Jan Pol Sartrın 1939-cu ildə nəşr olunan "Divar" (fr. Le Mur) adlı 5 hekayədən ibarət hekayələr toplusu. Müəllifin ən böyük ekzistensialist fantastika əsərlərindən biri hesab olunur. Sartr kitabı öz yoldaşı, Olqa Kosakieviçə həsr etmişdir. "Divar" "Otaq "Herostrat" "İntimlik" " Liderin uşaqlığı " == "Divar" == Eponim hekayəsi məhbusların ölümə məhkum edildiyi vəziyyəti soyuqqanlı şəkildə təsvir edir. 1939-cu ildə yazılmış hekayə,18 iyul 1936-cı ildə başlayan və 1 aprel 1939-cu ildə general Fransisko Frankonun başçılıq etdiyi Millətçilərin sona çatan vətəndaş müharibəsində baş verir. Başlıq məhbusları edam etmək üçün atəş dəstələrinin istifadə etdiyi divara aiddir. Divarın özü insanın ölümünün qaçılmazlığını və xəbərsizliyini simvollaşdırır. Baş qəhrəman Pablo İbbieta kamerada olan digər iki nəfərlə birlikdə ölümə məhkum edilir. Yoldaşı Ramon Qrisin yerini açıqlayacağı təqdirdə ona çıxış yolu təklif olunur.
Diverqent 3: Divar arxasında
Diverqent 3: Divar arxasında (ing. The Divergent Series: Allegiant) — 2016-cı ildə istehsal olunmuş ABŞ filmi.